“Səbail” PFK heyətinə daha bir futbolçu cəlb edib. Ukraynalı qapıçı Oleksandr Rıbka ilə klub arasında cari mövsümün sonundək müqavilə imzalanıb. Daha əvvəl Ukraynanın “Dinamo” (Kiyev), “Dinamo-2”, “Dinamo-3”, “Obolon”, “Şaxtyor” (Donetsk), Türkiyənin “Karabükspor”, “Afjet Afyonspor” klublarında çıxış edən 32 yaşlı qolkiper müəyyən vaxtlarda Ukrayna milli komandasına da cəlb olunub. 4 dəfə Ukrayna çempionu, 4 dəfə Ukrayna Kubokunun, 1 dəfə Ukrayna Superkubokunun qalibi olan Oleksandr Rıbka 2011-ci ildə ölkəsində “Ən yaxşı qapıçı” mükafatına layiq görülüb.