18/19 mövsümündən bizim titul sponsorumuz

[:az]Yeni əməkdaşlıq: “Səbail” – AZTEA

“Səbail” FK və AZTEA markası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə əsasən, AZTEA markası “Səbail” FK-nın titul sponsoru olacaq. Topaz Premyer Liqasının VII turu çərçivəsində oktyabrın 5-də keçiriləcək “Səbail” – “Sumqayıt” oyunundan etibarən “Səbail” klubunun oyun formalarının ön tərəfində AZTEA markasının loqotipi öz əksini tapacaq. Əməkdaşlığın ilkin olaraq cari mövsümün sonuna qədər olan müddəti əhatə etməsi nəzərdə tutulur. “Səbail”in Bayıl stadionunda keçirəcəyi ev oyunları zamanı arenaya gələn azarkeşlər ödənişsiz olaraq AZTEA çayını dadmaq imkanı da əldə edəcəklər.

AZTEA haqqında: “AzTea” markasına aid olan qara çay məhsulları ən seçkin tumurcuq və yenicə açılmış yarpaqlardan hazırlanır. Bu tumurcuq və yenicə açılmış yarpaqlar Azərbaycanın suptropik zonası olan Astara və Lənkəran ərazisində yerləşən plantasiyalardan yığılaraq çay fabrikində dünya standartlarına uyğun formada emal edilir və ən müasir texnoloji avadanlıqlar vasitəsi ilə qablaşdırılır.
“AzTea” markalı çaylar 100 % təbii və qatqısız olmaqla yanaşı tamamilə yerli xammal əsasında hazırlanaraq satışa təqdim olunur.[:]

SabailFC © 2021. All Rights Reserved.