İnamlı qələbə

[:az]“Səbail”in növbəti qələbəsi 7-ci turda gerçəkləşdi. Bayıl Arenada “Sumqayıt”ı qəbul edən komandamız 2:0 hesabı ilə inamlı qələbə qazandı. Hakimin start fitindən cəmi 3 dəqiqə sonra hesab xeyrimizə dəyişdi. Fəhmin Muradbəyli dəqiq zərbə ilə “Səbail”i önə çıxardı. Erkən qoldan daha da ruhlanan futbolçularımız irəli atılaraq hücumların kəsərini bir qədər də artırdılar. Bunun məntiqi nəticəsi olaraq 9-cu dəqiqədə “Sumqayıt”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin olundu. Nöqtəyə yaxınlaşan Ruslan Qurbanov qapını sərrast nişan ala bilmədi. Bununla belə, komandamız ruhdan düşmədi və Ruslan 30-cu dəqiqədə fərqlənməklə həm hesabı 2:0-a çatdırdı, həm də penalti epizodundakı “günahını yudu”.

05 oktyabr 2018. Saat 19:00. “Bayıl Arena”, 500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Tome Kitanovski, 90+2 (hakim qərarına etiraz); Edqar Paçeko, 90+4 (oyunun bərpasını ləngitdiyinə görə) // Rail Məlikov, 45 (qeyri-idman hərəkəti)
Qollar: Fəhmin Muradbəyli, 3; Ruslan Qurbanov, 30
Qolla nəticələnməyən penalti: Ruslan Qurbanov, 9
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
“Səbail”
1. Emil Balayev
7. Fəhmin Muradbəyli
8. Yevgeni Koçuk
(22. Edqar Paçeko, 80)
10. Ağabala Ramazanov
(28. Kevin Kubemba, 66)
11. Ruslan Qurbanov
(18. Aqşin Qurbanlı, 88)
13. Şəhriyar Rəhimov
14. Rahid Əmirquliyev (k)
16. İqor Korotetski
27. Emil Martinov
33. Tome Kitanovski
99. Jarjue Maudo

Ehtiyat oyunçular:
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
5. Vüqar Bəybalayev
17. Elçin Rəhimli
21. Murtuz Abakarov
26. Kamal Qurbanov
88. Orxan Qurbanlı
“Sumqayıt”
1.Mehdi Cənnətov
2. Rail Məlikov (k)
(3. Vurğun Hüseynov, 46)
4. Şəhriyar Əliyev
7. Cavid Tağıyev
10. Aleksey İsayev
11. Atilla Yıldırım
14. Bəxtiyar Həsənalızadə
18. Süleyman Əhmədov
(74. Yusif Nəbiyev, 64)
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
(17. Nicat Qurbanov, 30)
99. Əli Babayev

Ehtiyat oyunçular:
15. Orxan Sadıqlı
23. Fərid Kərimzadə
44. Qvanzav Maqomedov
70. Ülvi İsgəndərov

Baş məşqçi: Aftandil Hacıyev
Baş məşqçi: Nazim Süleymanov

[:]

SabailFC © 2021. All Rights Reserved.