“SƏBAİL”DƏ BOLQAR YARIMMÜDAFİƏÇİ

[:az]“Səbail” PFK daha bir legioner futbolçunu – Emil Martinovu heyətinə qatıb. Bolqar yarımmüdafiəçi ilə klub arasında 1 illik müqavilə imzalanıb (31.05.2019). 26 yaşlı yarımmüdafiəçi daha əvvəl Bolqarıstanın “Slavia Sofiya”, “Dorostol”, “Svetkavitsa Targovishte”, “Sliven”, “Spartak Varna”, “Oborişte”, Almaniyanın “Türk SV Pfaffenhofen” və BC Aichach klublarında çıxış edib.

Qeyd edək ki, klub daha əvvəl konqolu hücumçu Koubemba Kevin Brandon Xavierlə (1 il), braziliyalı müdafiəçi Enrike Moura (1+1 sistemi), makedoniyalı müdafiəçi Tome Kitanovski ilə (1 il) və Edqar Paçeko ilə (1 il) müqaviləyə imza atıb.[:]

SabailFC © 2021. All Rights Reserved.