Hərəyə 1 qol, hərəyə 1 xal

[:az]“Səbail” cari mövsümdə ilk dəfə rəqibi ilə xalları yarı bölüb. Bu gün Bayıl Arenada keçirilmiş 4-cü turun “Səbail” – “Zirə” qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınıb. Komandalar birinci hissədə qapılara yol tapa bilməyiblər. 68-ci dəqiqədə “Səbail”in qapısına təyin olunmuş penalti zərbəsini Pərdis Fərcad-Azad dəqiq yerinə yetirərək qonaqları hesabda irəli çıxarıb. Lakin Rahid Əmirquliyev “Zirə”nin Bayıl Arenadan 3 xalla ayrılmasına imkan verməyib. Komandamızın kapitanı 84-cü dəqiqədə uzaq məsafədən vurduğu baxımlı qolla hesabda status-kvonu bərpa edib.

15 sentyabr 2018. Saat 20:30. “Bayıl Arena”, 500 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Vüqar Bayramov
Dördüncü hakim: Əliyar Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Fazil Mürşüdov
Sarı vərəqələr: Tome Kitanovski, 33 (qeyri-idman hərəkəti); Rahid Əmirquliyev, 85 (qeyri-idman hərəkəti) // Vüsal İsgəndərli, 29 (qeyri-idman hərəkəti); Sadio Tounkara, 45+1 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 65 (qeyri-idman hərəkəti); Pərdis Fərcad-Azad, 80 (qeyri-idman hərəkəti)
Qollar: Rahid Əmirquliyev, 84 // Pərdis Fərcad-Azad, 68 (p.)
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.
“Səbail”
1. Emil Balayev
4. Perilyo Enrike
7. Fəhmin Muradbəyli
(18. Aqşin Qurbanlı, 80)
8. Yevgeni Koçuk
(5. Vüqar Bəybalayev, 69)
11. Ruslan Qurbanov
(10. Ağabala Ramazanov, 69)
13. Şəhriyar Rəhimov
14. Rahid Əmirquliyev (k)
22. Edqar Paçeko
28. Kevin Kubemba
33. Tome Kitanovski
99. Jarjue Maudo

Ehtiyat oyunçular:
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
27. Emil Martinov
21. Murtuz Abakarov
26. Kamal Qurbanov
17. Elçin Rəhimli
88. Orxan Qurbanlı
16. İqor Korotetski
“Zirə”
1. Anar Nəzirov (k)
5. Adil Nağıyev
27. Adrian Skarlatake
2. İlkin Qırtımov
26. Miloş Radivoyeviç
11. Dilan Duventru
6. Vüqar Mustafayev
3. Budaq Nəsirov
(38. İlkin Muradov, 46)
10. Sadio Tounkara
7. Pərdis Fərcad-Azad
(77. Mirsahib Abbasov, 84)
17. Vüsal İsgəndərli

Ehtiyat oyunçular:
85. Kamal Bayramov
39. Sadiq Quliyev
16. İbrahim Aslanlı
88. Tellur Mütəllimov
4. Müşfiq İlyasov
8. Kamal Mirzəyev
Baş məşqçi: Aftandil Hacıyev
Baş məşqçi: Samir Abasov

[:]

SabailFC © 2021. All Rights Reserved.