“SƏBAİL”DƏ KONQOLU HÜCUMÇU

[:az]

“Səbail” PFK daha bir legioner futbolçunun xidmətindən yararlanacaq. Konqolu hücumçu Koubemba Kevin Brandon Xavier həm də fransa vətəndaşlığına malikdir.
Hücumcu daha əvvəl Fransanın Amien, Lill, Brest və Bur An Bress, Belçikanın Sent-Truyden, Bolqarıstanın ÇSKA (Sofiya) klublarında çıxış edib. Futbolçu ilə klub arasında bir illik müqavilə bağlanılıb.
İyulun 9-dan etibarən Türkiyənin Ankara şəhərində mövsümlərarası fasilədə təlim-məşq toplanışında olan “Səbail” dünən Bakıya qayıdıb və iyulun 26-dan mütəmadi olaraq məşqlərə davam edəcək.

 [:]

SabailFC © 2021. All Rights Reserved.