“SƏBAİL”DƏ DAHA BİR LEGİONER

[:az]“Səbail” PFK daha bir legioner futbolçunu – Tome Kitanovskini heyətinə qatıb. Makedoniyalı sağ cinah müdafiəçi ilə klub arasında 1 illik müqavilə imzalanıb. 26 yaşlı müdafiəçi daha əvvəl Makedoniyanın Pelister Bitola, Rumıniyanın Universitatea Craiova, Serbiyanın FK Vozdovac və Mladost Lucani, Xorvatiyanın NK İstra 1961 və Slaven Belupo Koprivnica klublarında çıxış edib.
Qeyd edək ki, klub daha əvvəl konqolu hücumçu Koubemba Kevin Brandon Xavierlə (1 il) və braziliyalı müdafiəçi Enrike Moura (1+1 sistemi) ilə müqaviləyə imza atıb.

 [:]

SabailFC © 2021. All Rights Reserved.