QARŞILIQLI RAZILIQ ƏSASINDA MÜQAVİLƏYƏ XİTAM VERİLİB

[:az]“Səbail” PFK ilə müqavilə imzalamış futbolçu Orxan Əliyev klubun məşqçilər korpusuna müraciət edərək səhhəti ilə bağlı problemi olduğunu bildirib. Müayinə nəticəsində futbolçunun diz nahiyəsində həqiqətən zədə olduğu aşkarlanıb və qarşılıqlı razılıq əsasında “Səbail” PFK ilə Orxan Əliyev arasında mövcud müqaviləyə xitam verilib.
Qeyd edək ki, futbolçu ilə bağlanmış müqavilənin müvafiq bəndinə əsasən “futbolçunun tibbi müayinəsinin nəticəsi müsbət olduğu təqdirdə müqavilə hüquqi qüvvəyə minir”.
Ötən müddət ərzində Orxan Əliyevin “Səbail” PFK-da tibbi müayinədən keçməməsinin səbəbi müqavilənin imzalanmasından dərhal sonra futbolçunun şəxsi işləri ilə əlaqədar ölkə xaricinə yollanması olub.
[:]

SabailFC © 2021. All Rights Reserved.