4-CÜ RƏQİB “İSTANBULSPOR”DUR!

[:az]İyulun 9-dan etibarən Türkiyənin Ankara şəhərində mövsümlərarası fasilədə təlim-məşq toplanışında olan “Səbail” iyulun 22-də Ankarada “Kızılcahamam İlçe Genclik sahəsi”nin meydançasında yerli “İstanbulspor” komandası ilə yoldaşlıq oyunu keçirəcək. Oyun yerli vaxtla 17:00-da başlayacaq.
Qeyd edək ki, “Səbail” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə yerli komanda “Gənclərbirliyi”nə 0:3 məğlub olub, ikinci oyunda Qətərin “Əl Şəhaniyə” komandası ilə heç-heçə edib 2:2, üçüncü oyunda isə “Sivasspor”a 1:2 hesabı ilə məğlub olub.[:]

SabailFC © 2021. All Rights Reserved.